Yeni beynəlxalq liman 2015-ci ilin əvvəlinə qədər istifadəyə veriləcək
“Nəzərdə tutulur ki, Ələt qəsəbəsinin ərazisində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində istismara verilsin”. Lent.az-ın məlumatına görə, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Elçin Mirzəyev yap.org.az saytına müsahibəsində bildirib. Baş direktorun sözlərinə görə, yeni liman böyük üstünlüklərə malikdir: “Təsəvvür edin ki, indiki ərazimizdən, bir vaqon bərədən çıxandan 16 saat sonra Biləcəri qəsəbəsinə gedib çıxır. Çünki Bakı şəhərində böyük sıxlıqdır. Bu baxımdan da, yeni limanın üstünlükləri böyükdür”
“Tikinti işləri üç mərhələdə aparılacaq. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaq. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcək. Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaq” - deyə, E. Mirzəyev əlavə edib.
Baş direktor onu da bildirib ki, yeni limanın istismara verilməsi fəaliyyətlərində böyük imkanlar açacaq: “Biz tranzit yüklərin cəlb olunmasına çalışırıq. İnanıram ki, bu sahədə də lazımi nəticələr əldə olunacaq”.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04