Gəncədə I Beynəlxalq Şərab Festivalı keçiriləcək
05 oktyabr 2012 15:43 (UTC +04:00)

Gəncədə I Beynəlxalq Şərab Festivalı keçiriləcək

Oktyabrın 6-7-də İqtisadi İnkişaf Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə I Beynəlxalq Şərab Festivalı keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festivalda rəsmi şəxslərlə yanaşı, yerli və xarici şərab istehsalçılarının iştirakı nəzərdə tutulur. Fransanın dövlət rəsmiləri, aparıcı üzümçülük əyalətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Festivalda fəxri qonaq qismində iştirak edəcək. Tədbir çərçivəsində “Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları” mövzusunda beynəlxalq elmi-praktik Konfrans, yerli və xarici şərab istehsalçıları arasında işgüzar görüş təşkil ediləcək. Festivalın rəsmi açılışı oktyabrın 6-da Gəncə şəhəri, Kəpəz otelinin qarşısında keçiriləcək.
# 830

Oxşar yazılar