Gəncədə “Kəpəz” adlı avtokranların təqdimatı olub
24 dekabr 2009 15:35 (UTC +04:00)

Gəncədə “Kəpəz” adlı avtokranların təqdimatı olub

Təqdimat mərasiminə Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç də qatılıb

Gəncə Avtomobil Zavodunda bu ilin dekabrında istehsal edilən 6 ədəd “MAZ” markalı avtokranların təqdimatı keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirə Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç də qatılıb. Burada “Kəpəz” adı verilən avtokranların yük qaldırma qabiliyyəti nümayiş etdirilib. 25 ton yükqaldırma qabiliyyətinə malik kranlar barədə məlumat verilib. Bildirilib ki, Gəncə Avtomobil Zavodunda texnika sınaq məqsədi ilə Minsk Traktor Zavodu ilə əməkdaşlıq çərçivəsində yığılıb. Bundan başqa, müəssisə ilə saziş əsasında “Belarus” traktorları və “MAZ” avtomobillərinin istehsalını gələn il də davam etdirəcək.

Vüsalə Cənnətova
# 711

Oxşar yazılar