Sumqayıt nümayəndə heyətinin Aktau şəhərinə səfəri uğurla başa çatıb
0
0
Sumqayıt şəhərinin incəsənət ustalarından ibarət nümayəndə heyəti cari Qazaxıstan Respublikasının Aktau şəhərində səfərdə olub. Lent.az-ın məlumatına görə, Sumqayıtın estrada müğənniləri, muğam ifaçıları və rəqs qrupu Aktau şəhərinin mərkəzi konsert salonunda yerli musiqiçilərlə birlikdə konsert proqramında iştirak ediblər. Qazaxıstan Respublikasının Müstəqillik Günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ilə təşkil olunmuş bu tədbir Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub. Konsert proqramında Anar Quliyev, Sevda Kazımova və Aygün İsmayılova muğam və xalq mahnılarımızı, rəqs ansamblının üzvləri isə “Yallı”, “Vağzalı”, “İgidlər”, “Naz eləmə” və digər rəqslərimizi ifa ediblər. Qeyd edək ki, bu həm də Sumqayıt şəhəri ilə Aktau şəhəri arasında yaradılmış əməkdaşlıq çərçivəsində ilk mədəniyyət tədbiri olub.
Xatırladaq ki, 3 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin iştirakı ilə Bakı şəhərində keçirilən Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə” imzalanıb. Birgə Bəyannamə tərəflər arasında təhsil, elm, səhiyyə, idman və mədəniyyət də daxil olmaq geniş spektr üzrə əməkdaşlıq əlaqələrinin inkişafını nəzərdə tutur.
Lalə Yusifqızı

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05