Taxıl sahələrində pas xəstəliyi yayılır
Buna yağmurlu hava şəraiti səbəb olub
Havaların yağmurlu keçməsi ölkənin kənd təsərrüfatı sahəsinə, xüsusi ilə taxılçılığa öz mənfi təsirini göstərib. Yağış taxılda pas xəstəliyini yayıb. Artıq ölkənin qərb bölgəsində, ələlxüsus da Gəncə ətrafı rayonlarda taxıl məhsullarının əkildiyi ərazilərin 60%-də pas xəstəliyi aşkarlanıb. Bu da nəticə etibarı ilə məhsuldarlığın kəskin aşağı düşməsi deməkdir.
Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovun Lent.az-ın Gəncəbasar müxbirinə bildirdiyinə görə, sonuncu dəfə əkin sahələrində belə vəziyyət 30 il öncə qeydə alınıb. Xəstəliyin ilkin mərhələsində dənli bitkilərin 50%-i itkiyə gedib.
Artıq məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Bitki Mühafizəsi İnstitutuna məlumat verilib. Mütəxəssislər ərazilərə baxış keçirib və nəzarət daha da gücləndirilib.
Samux, Göygöl, Goranboy, Daşkəsən rayonlarında dənli bitkilərin əkildiyi sahələrdə durum acınacaqlıdır. Hazırda taxıl sahələrini qorumaq o qədər asan deyil. Çünki dərman preparatlarının səpini üçün lazımı avadanlıq yoxdur.
Vüsalə Cənnətova

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28