Azərbaycan bu il 8 milyard kubmetr qaz satacaq
Bu il Azərbaycan 8 milyard kubmetr təbii qaz ixrac edəcək. Bunun 6,4 milyard kubmetri Türkiyəyə, 1 milyard kubmetri Rusiyaya, 0,3 milyard kubmetri Gürcüstana, 0,1 milyard kubmetri isə İrana göndəriləcək.
Lent.az-ın məlumatına görə, bu barədə sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən XVII Beynəlxalq Neft-Qaz Sərgisi çərçivəsində təşkil olunan “Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu” mövzusuna həsr olunmuş plenar sessiyada bildirib. Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda qaz hasilatı 30 milyard kubmetr təşkil edəcək ki, bunun da 8 milyardı “Şahdəniz” yatağının payına düşür. 2009-cu ildə isə Azərbaycanda 23 milyard kubmetr qaz hasil olunub və bunun 5,4 milyard kubmetri “Şahdəniz”dən çıxarılıb.
Nazir eyni zamanda yaxın vaxtlarda “Şahdəniz-2” və Abşeron layihələrinin də həyata keçiriləcəyini qeyd edib.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34