Mərkəzi Bankda “MasterCard Worldwide” kartlarının imkanları barədə təqdimat keçirildi
Azərbaycan Mərkəzi Bankı tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələrinin iştirakı ilə ölkədə fəaliyyət göstərən və həmin beynəlxalq kart təşkilatının üzvü olan kommersiya banklarının nümayəndələri üçün seminar təşkil edilib. Bu barədə Lent.az-a Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib.
Seminarda “MasterCard Worldwide” təşkilatının Azərbaycan üzrə yeni meneceri Hakan Acar və regional direktor Mete Güney təşkilatın əsas fəaliyyəti, təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi və ödəniş kartları bazarında uğurlu marketinqin istiqamətləri, o cümlədən öncədən ödənilmiş kart məhsulları və kontaksız ödəmə kartları üzrə beynəlxalq təcrübə, bu sahədəki yeni texnologiyalar haqqında məlumat veriblər. Seminarda həmçinin “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının “MoneySend” pulköçürmə sistemi haqqında da iştirakçılara ətraflı danışılıb.
Onlar həmçinin, Azərbaycanın “MasterCard Worldwide” təşkilatının ən önəmli tərəfdaşı olduğunu və bu istiqamətdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələri iştirakçıların suallarını cavablandırıblar.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34