DəmirBank sərfəli şərtlər sayəsində kartların sayını 70000 ədədə çatdırdı
Bu münasibətlə Bankın 70000-ci kartının sahibi təbrik edilib və ona fəxri hədiyyə təqdim edilib. Bu kartın sahibi Bankın Əməliyyat İdarəsi filialının müştərisidir. Plastik kartın sahibinin xahişinə əsasən onun adı açıqlanmır.
DəmirBank bu ilin mart ayından etibarən plastik kartlar üzrə “5 manata” və “Pulsuz” müddətsiz kampaniyalarını keçirir. “5 manata” kampaniyasına əsasən müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri plastik kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına ilkin mədaxil etməlidir. DəmirBank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart” proqramını da həyata keçirir.
Plastik kartı DəmirBank-ın filiallarında və həmçinin saytın http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində On-layn sifariş etmək olar. Kart hesabı manat, ABŞ dolları, avro və Britaniya funt sterlinqi valyutalarında açıla bilər.
“Bütün sahələrdə olduğu kimi plastik kart müştərilərimizin də məmnunluğu çox önəmlidir. Bunu nəzərə alaraq Bankımız tərəfindən bir sıra kampaniyalar keçirilir, mütəmadi yeni xidmətlər tətbiq edilir və şərtlər daha da optimallaşdırılır. Bütün bunlar müştərilərə plastik kartlar sahəsində geniş imkanlardan yararlanmağa və kartlardan daha rahat istifadəyə imkan verir. Plastik kartların inkişafı konsepsiyasına uyğun olaraq plastik kartlar üzrə xidmətlərin və xidmət keyfiyyətinin artırılması üzrə digər yeniliklər də nəzərdə tuturuq” – deyə İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.
Plastik kart sahibləri www.demirbank.az saytında 20-dən çox xidmətlərin ödənişlərini həyata keçirə bilər. Bu sırada kommunal (Bakı Elektrik Şəbəkə), mobil rabitə (Azerfone-Vodafone, Bakcell, Nar Mobile), stasionar rabitə (BTRİB, Aztelekom), kabel televiziyası (B&B TV, Connect TV), internet provayderlər (Adanet, Avirtel, Azdatacom, Azstarnet, Bakinternet, Connect, Provayder.az) və digər xidmətlər daxildir.
DəmirBank plastik kart sahiblərinə ölkədə yeganə olan Telefon-Bank xidməti göstərir: bu xidmət vasitəsi ilə Plastik kart sahibləri sadəcə 149 nömrəsini yığmaqla DəmirBank-ın “Telefon Məlumat Xidməti”nə zəng edərək kartla rabitə və kommunal xidmətlərin ödənişini həyata keçirə bilər.
DəmirBank plastik kartlar üzrə 38 günədək faizsiz kredit xətti, kartın individual dizayn ilə sifarişi, 15 – 60 dəqiqə ərzində kartın təcili sifarişi, bir kartdan digər karta vəsaitin dərhal köçürülməsi (Card-to-Card xidməti), əməliyyatlar haqqında SMS bildirişlərin mobil telefona alınması (SMS-Bank), İnternet-Bank xidməti və sair əlavə imkanlar da təqdim edir.
DəmirBank plastik kart sahibləri həmçinin “İl Boyu Endirimlər” proqramı çərçivəsində ölkənin ticarət və xidmət mərkəzlərində endirimlər əldə edə bilər.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29