“APA-Ekonomist” jurnalının növbəti sayı çapdan çıxdı
APA-nın məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 7 buraxılışı işıq üzü görüb.
Qeyd edək ki, əgər əvvəllər “APA-Ekonomist” jurnalını yalnız redaksiya vasitəsilə abunə yolu ilə almaq mümkün idisə, iyunun əvvəlindən etibarən bu dərgini “Qasid”, “Qaya” və “Azərmətbuatyayım” şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərindən almaq, həmçinin abunə olmaq mümkündür. Bununla yanaşı, “Ekonomist” və “Metro-Servis” şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.
Sonrakı mərhələdə satış şəbəkəsinin respublikanın digər şəhər və rayonlarını əhatə edəcəyi gözlənilir.
“APA-Ekonomist” jurnalında oxucular respublikanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Bu nömrədə geosiyasi, makroiqtisadi, bank, qiymətli kağızlar, tibbi sığorta, təhsil və digər sahələri üzrə analitik məqalələr yer alıb.
Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49