Bağlanmış müəssisələrdə yoxlamalar aparılıb
Fəaliyyəti qadağan edilən iki müəssisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qanun pozuntuları səbəbindən fəaliyyətinə qadağa qoyulan istehsal müəssisələrində təkrar yoxlama aparıb. Müfəttişlərin apardığı yoxlamalar zamanı məlum olub ki, bu müəssisələrin bir qismi hələ də gizli şəkildə məhsul istehsalı ilə məşğul olur.
Komitədən Lent.az-a bildiriblər ki, verilmiş tələbnaməni pozmuş müəssisələrdən biri “İki qardaş” MMC-dir. Yoxlamalar zamanı məlum olub ki, əvvəllər qazlı su və alkoqolsuz içkilərin istehsal və satışı ilə məşğul olan bu müəssisə hələ də fəaliyyətini davam etdirir. Baxmayaraq ki, bir müddət əvvəl komitənin müfəttişləri “İki qardaş”da qazlı su və alkoqolsuz içkilərin istehsalına və satışına qadağa qoymuşdu.
Fiziki şəxs Vüsalə Bayramovaya məxsus müəssisədə də əvvəlki yoxlamalarda üzə çıxmış nöqsanları aradan qaldırmayıb. Bu səbəbdən müəssisədə istehsal olunan şərq şirniyyatının, biskvitli-kremli tortun, bulkanın istehsalı və satışı qadağan edilib. Komitədə bildirirlər ki, təkrar yoxlama zamanı hər iki müəssisədə aşkar edilmiş faktlar üzrə inzibati protokol tərtib edilərək sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
Elxan SALAHOV

Oxşar yazılar

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon dollarlıq dəstək
1 may 2025 , 17:52
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
1 may 2025 , 16:51
Sabah Bakının iki rayonunda qaz olmayacaq
1 may 2025 , 16:35
"Azercell" “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
1 may 2025 , 15:27
"Azercell" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
1 may 2025 , 09:01
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
30 aprel 2025 , 14:59
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
30 aprel 2025 , 14:14