Gəncədə sahibkarların konfransı keçirilib
Bu gün Gəncədə “Sahibkarlığın inkişafı: əldə edilən nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının, Gəncə Aqrar Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin Gəncə Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi regionunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, regionların inkişafına böyük önəm verildiyi vurğulanıb. Həmçinin bu sahədə dövlət proqramlarının icra vəziyyəti də müzakirə olunub. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır. Onun sözlərinə görə, özəl bölmənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində sahibkarlıq fəaliyyəti genişlənir.
Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov isə son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını söyləyib. O, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.
Tədbirin sonunda müvafiq dövlət və hökumət orqanlarının təmsilçiləri konfrans iştirakçılarını suallar cavablandırıb.
Elxan SALAHOV

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49