Bakı-Tbilisi-Qars layihəsinin tikintisi sürətləndirilir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin tikintisindəki vəziyyətlə yaxından tanış olmaq üçün bu ölkəyə səfər edib. Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, nümayəndə heyəti artıq Gürcüstandadır.
Onun sözlərinə görə, Qurban Nəzirov telefonla məlumat verərərək, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti, bərpa işlərinin xeyli sürətləndiyini bildirib. Qurban Nəzirov deyib ki, səfər çərçivəsində indiyədək görülən işlər araşdırılıb. Artıq “Dəmiryolsçervis” MMC-nin kollektivinin gücü ilə Çxardzma stansiyasında istehsalat bazası yaradılıb, 2 yoldəyişən qurğu dəyişdirilib. Çxardzma-Çinçkaro mənzilində 8,5 kilometr yol və 2 körpü əsaslı təmir olunub, 1 yeni körpü inşa edilib. Bundan başqa, 5 suötürücü qurğu inşa edilib, kontakt şəbəkə xətlərinin dayaqları basdırılıb, böyük həcmdə torpaq işləri görülüb.
Xatırladaq ki, layihənin Gürcüstan hissəsinin tikintisini “Azərinşaatservis” şirkəti həyata keçirir. Layihədə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Dəmiryolsçervis” MMC-nin kollektivi podratçı təşkilat kimi layihədə iştirak edir.
“Dəmiryolsçervis” MMC-nin 46 vaqondan ibarət ilk işçi qatarı bu il mayın 5-dən, 63 vaqondan ibarət ikinci qatarı iyunun 21-dən, üçüncü işçi qatarı isə avqustun 10-dan burada fəaliyyət göstərir. “Azərbaycan Dəmir Yolları” QSC-nin 09-32 CSM markalı yol-təmir texnikası da Gürcüstana göndərilib.
Qurban Nəzirov bildirib ki, Çxardzma-Tetri-Çikaro və Axalkalaki-Kartsaxi mənzillərində ilin yekununda görüləcək işlər də müəyyənləşdirilir. Səfər başa çatandan sonra layihənin Gürcüstan hissəsinin tikintisi ilə bağlı daha geniş məlumatların veriləcəyi gözlənilir.
Elxan SALAHOV

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49