Kasıblar üçün kredit şərtləri yüngülləşəcək
0
0
“Bank olmayan kredit təşkilatları haqqında” qanun bu məqsədə xidmət edəcək
“2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi noyabrın əvvəlində Milli Məclisdə müzakirəyə çıxarılacaq. Sənəddə xərc və gəlirlərdə azalma nəzərdə tutulsa da, sosial sahəyə ayrılan vəsaitin həcmi artırılıb.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Millət vəkili Vahid Əhmədov Lent.az-a bildirib ki, gələn ilin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat sahəsində xərclər hissəsində ciddi azalma olmayacaq. Onun sözlərinə görə, maliyyə böhranının təsirlərinin qarşısının alınması məqsədilə yeni qanun layihələri üzərində də iş aparılır. Bu layihələr əhalinin sosial təminatını yaxşılaşdırılmasına xeyli kömək edəcək.
Millət vəkili bildirib ki, “Rəqabət Məcəlləsi”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlar bu baxımdan səmərəli hesab edilir. Onun sözlərinə görə, “Bank olmayan kredit təşkilatları haqqında” qanun əhalinin aztəminatlı təbəqəsinin kredit alma şərtlərinin yüngülləşdirilməsinə xidmət edəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05