Azərbaycan İtaliyada zavod almağa hazırlaşır
0
0
Dövlət Neft Şirkəti (ARDNŞ) ölkə xaricində, xüsusən də Avropada neft emalı müəssisələrinin alınması imkanlarını araşdırır.
«APA-ECONOMICS»in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konfransında iştirak edən ARDNŞ-in İsveçrədəki törəmə şirkəti olan «SOCAR Trading SA»nın icraçı direktoru Valeri Qolovuşkin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda şirkət bu istiqamətdə danışıqları davam etdirir.
«Biz hazırda Avropada neft emalı zavodu almağı planlaşdırırıq. Məsələn, İtaliyada belə layihələr üzrə danışıqlar aparırıq. Qərarların qəbul edilməsində iştirak imkanının əldə edilməsi üçün biz nəzarət paketinin alınmasında maraqlıyıq. Ölkə kənarında neft emalı zavodunun alınması risklərin idarə edilməsi baxımından məqsədəuyğun addımdır», - deyə V.Qolovuşkin vurğulayıb.
Jurnalistlərin bunun İtaliyanın «Eni» şirkətinin ötən ay Livornoda yerləşən zavodunu satacağını elan etməsi ilə əlaqəsinin olub-olmaması ilə bağlı sualına isə şirkət rəsmisi «bu barədə heç nə deyə bilmərəm, bu konfidensial məsələdir» - deyə cavablandırıb.
«Eni» şirkətinin mətbuat xidməti də məsələni şərh etmək istəməyib.
Bundan başqa, V.Qolovuşkin ARDNŞ-in gələn il Asiyada «Azeri Light» markalı xam neftin müddətli (fyuçers tipli) müqavilələrlə satış səviyyəsini ümumi ixracın 80-85%-nə qədər artıracağını bildirib.
Onun sözlərinə görə, şirkətin Asiya regionuna ümumi ixracı ayda 5-6 mln. barel, dünya üzrə aylıq «Azeri Light» ixracı isə 25 mln. barel təşkil edir. Belə ki, Azərbaycanın neft ixracının əsas hissəsini ABŞ və Avropa ölkələri alır.
«Asiya bizim üçün yaxşı bazardır. Sinqapurdakı ofisimiz Asiya şirkətləri ilə uzunmüddətli əlaqələrin qurulması istiqamətində işləyir. Hazırda burda iki treyderimiz var, amma biz bu sayı artırmaq üçün peşəkar treyderlər axtarırıq», - deyə «SOCAR Trading SA»nın icraçı direktoru bildirib.
Qeyd edək ki, bundan əvvəl ARDNŞ-in Ukraynanın Xerson neft emalı zavodunu da alacağı barədə məlumat yayılıb.

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05