İslam İnkişaf Bankı elmə qrant ayırır
0
0
Beynəlxalq maliyyə qurumunun Təqaüd Proqramından Azərbaycanın gənc alimləri də bəhrələnə biləcək
İslam İnkişaf Bankı tərəfindən Elm və Yüksək Texnologiya sahəsində Təqaüd Proqramının həyata keçirilməsi planlaşdırılır. Proqram çərçivəsində doktorantlara və gənc alimlərə elmi və texnoloji sahələrdə tədqiqat aparmaq məqsədilə qrantlar ayrılır.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, 1991-ci ildən etibarən bu proqram üzrə 48 ölkədən 470 gənc alimin tədqiqat işi maliyyələşdirilib. Təqaüd Proqramı doktorant və gənc alimlərə Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Avstraliya, Asiyanın inkişaf etmiş ölkələrində təhsil almaq və tədqiqat aparmaq imkanı verir. Qrant təhsil, yaşama, tibbi sığorta və aviabilet də daxil olmaqla bütün xərcləri əhatə edir. Doktorantlara həyat yoldaşı və iki uşağı əhatə edən ailə üçün maddi yardım ayrılması da nəzərdə tutulub.
Təqaüd Proqramı çərçivəsində Lazer və fiber-optika, Naqil və yarımnaqillər, Polimerlər, Gen mühəndisliyi – Biotexnika, Nüvə fizikası – mühəndislik, Elektronika – Mikroelektronika – Telekommunikasiya, Kompüter elmləri (Avtomatlaşdırılmış proyektləşdirmə - Avtomatlaşdırılmış istehsal daxil olmaqla), Bərpa olunan enerji mənbələri – Yanacaq texnologiyası, Hidrologiya – Su resursları, Metallurgiya, Kimya mühəndisliyi - Materiallar haqda elm, Tibb – Dərman vasitələri, Kənd təsərrüfatı – Yeyinti texnologiyası, Sistem mühəndisliyi, Kosmik fəza haqqında elm – Texnologiya, Ətraf mühitin qorunması texnologiyası, Texnologiya və İnnovasiyaların idarə olunması (ancaq gənc alimlər üçün) ixtisasları və tədqiqat sahələrinə qrantlar ayrılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05