Dünya bazarında xaos
23 sentyabr 2011 11:30 (UTC +04:00)

Dünya bazarında xaos

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, ABŞ Federal Ehtiyat Sisteminin ölkədə iqtisadiyyatın vəziyyəti və iqtisadi yüksəlişə nail olmaq üçün məhdudiyyət tədbirlərinə al atılacağı barədə açıqlamasından sonra dünya birjalarında səhmlərin qiyməti sürətlə düşüb.

Avropa və Amerikada böyük xaos yaşanıb. ABŞ, Böyük Britaniya, Almaniya, Fransada indekslər ciddi şəkildə düşüb. Neftin qiymətində də böyük geriləmə müşahidə olunub. Bu gün isə Asiya bazarlarında çökmə başlayıb.

ABŞ Federal Ehtiyat Sistemi 2 günlük müzakirələrdən sonra açıqlama ilə çıxış edib: “Son göstəricilər əmək bazarında davam edən zəifliyi göstərir, eləcə də işsizliyin səviyyəsi yüksək olaraq qalır”.

FES bu zaman yaranmış vəziyyətdən mümkün çıxış yolunu da göstərib. Amma iqtisadiyyatın dirçəldilməsi üçün bazara yeni vəsait atılmayacaq.

Bəzi ekspertlər isə FES-in qərarına skeptik yanaşırlar. “IG Markets”in bazar analitiki bu siyasətin “boğulan” iqtisadiyyatı dirçəltməyə imkan verəcəyinə şübhə ilə yanaşır. Onun fikrincə, bu, bazarda vəziyyəti bir qədər də gərginləşdirə bilər.
# 578

Oxşar yazılar