İpoteka kreditləri üzrə faiz dərəcələri artır
Azərbaycanda İpoteka Fondunun xətti ilə bu ilin ilk 5 ayında verilən ipoteka kreditlərinin məbləği orta hesabla 39 min manatdır. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
AMB-nin məlumatlarından məlum olur ki, ölkə vətəndaşları ipoteka kreditini (AİF-in xətti ilə verilən kreditlər) getdikcə daha uzun müddətə götürməyə üstünlük verirlər. Ötən ilin ilk 5 ayının nəticələrinə görə kreditlərin orta müddəti 270 ay təşkil etdiyi halda, bu il iyunun 1-ə bu müddət 277 ay (təqribən 23 il) təşkil edib.
İpoteka kreditləri üzrə faiz dərəcələri də artır - bir il əvvəl kreditlər üzrə orta faiz dərəcəsi 6,92% olduğu halda, hazırda bu göstərici 7,14%-dir.
Faiz dərəcələri ilə yanaşı, aylıq ödənişin məbləği də artıb - ötən ilin ilk 5 ayının nəticələrinə görə orta aylıq ödəniş 303 manat olubsa, indi bu rəqəm 312 manata qalxıb.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28