Ağdaşda su təchizatı və kanalizasiya şəbəkələrini Türkiyə şirkəti quracaq
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Türkiyənin “ALKE Müh. İnş. San” şirkəti qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.
Layihəyə əsasən, Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Layihə çərçivəsində tutumu 2000 kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutulur. Ağdaş şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədi ilə 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 7600 abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 121 kilometr uzunluğunda çirkab su şəbəkəsi çəkilərək 5250 ünvanda birləşdirmə aparılacaq.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28