
Masallı-Astara avtomobil yolunda yeni körpü inşa edilir
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Masallı-Astara avtomobil yolunun 31+864-cü km-də yeni körpünün tikintisinə başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Lənkəran çayının üzərindən keçəcək körpünün uzunluğu 216,3 metr, eni 28 metrdir. 6 aşırımdan ibarət olacaq körpüdə hazırda özül işləri və nəzərdə tutulan giriş-çıxış yollarında torpaq işləri həyata keçirilir. Layihə üzrə işlərin 11%-i yerinə yetirilib.
2011-ci ilin aprel ayında tikintisinə başlanIlan körpünün 2014-cü ildə təhvil verilməsi planlaşdırılır.
2011-ci ilin aprel ayında tikintisinə başlanIlan körpünün 2014-cü ildə təhvil verilməsi planlaşdırılır.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28