Bakıda 780 metr uzunluğunda tunel tikilir – FOTO
“Azəryolservis”ASC-dən Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş qrafik əsasında gedir.
3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu 780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300 metr təşkil edir. Eyni zamanda layihə çərçivəsində ümumi uzunluğu 1746 metr olan Müzəffər Nərimanov küçəsində əsaslı təmir işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb. Hazırda tikintisi həyata keçirilən tuneldə svayların vurulması, istinad divarının və tunelin qapalı hissəsinin tikintisi işləri həyata keçirilir.
Tikintisinə 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təxminən 60%-i yerinə yetirilib. Layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28