(R) DəmirBank Yasamal filialının yeni ofisi açıldı
DəmirBank yeni ünvanda fəaliyyətini davam etdirən Yasamal filialının ofisinin rəsmi açılış mərasimini keçirib.
Bakı şəhəri, Bəsti Bağırova küç., 607-609-cu məhəllə ünvanında (Pediatriya İnstitutu (OMD) və Dövlət Statistika Komitəsinin yaxınlığında) yerləşən Yasamal filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
“DəmirBank filial şəbəkəsinin inkişafı üçün bir çox davamlı işlər həyata keçirir. DəmirBank son 2 ilə yaxın müddətdə 9 filialını yeni ofislərə köçürüb və daha 2-3 filialın köçürülməsi nəzərdə tutulur. Filialların daha rahat ofislərə köçürülməsi, yeni korporativ üslubda interyer tərtibat və təmir işləri Bankın müştəri xidmətinin keyfiyyətinə verdiyi önəmi əks etdirir”, – deyə İdarə Heyəti Sədrinin 1-ci müavini Mərdan Şıxəliyev bildirib.
Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28