“Müasir gənclər”ə pivəni qadağan etdilər -
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən “Müasir Gənclər” MMC-də pasterizə olunmamış açıq rəngli pivənin istehsalına dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, pivə AZS 143-2005 dövlət standartının tələblərinə uyğun olmayaraq, sanitariya norma və qaydalara riayət edilmədən, texnoloji təlimat və resepturalar olmadan istehsal olunur.
Müəssisədə hazır məhsulun sınaqlarını aparmaq üçün laboratoriya mövcud deyil, istehsal sahələri gigiyenik norma və qaydalara cavab vermir, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunur. Bundan başqa müəyyən edilib ki, istifadə olunan avadanlıqların istismar müddəti bitib və istehsal üçün yararsız halda istifadə olunaraq məhsulun texnoloji prosesdə duz məhlulu ilə qarışması ilə nəticələnib, hazırlanan pivə vaxtından tez, yəni yetişmədən istehsaldan çıxarılıb. Bununla da tonlarla pivə insan həyatı və sağlamlığı üçün təhlükəli halda istehsal olunub.
Dövlət nəzarəti tədbiri zamanı müəssisədə heç bir sınağı aparılmayan, ekstraktivliyi və tündlük faizi təyin olunmayan 2 ədəd 20 tonluq çəndə məhsul aşkar edilib. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı “Müasir Gənclər” MMC-də pivə istehsalı və satışı qadağan edilib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28