"Azəriqaz"ın növbəti görüşü Göyçayda KEÇİRİLƏCƏK
20 fevral 2023 15:05 (UTC +04:00)

"Azəriqaz"ın növbəti görüşü Göyçayda KEÇİRİLƏCƏK

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qurumdan Lent.az-a verilən məlumata görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Göyçay rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 22-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761

Oxşar yazılar