“Dolların təbəssümü”  dünyanı ağlar qoyacaq
09 avqust 2022 13:34 (UTC +04:00)

“Dolların təbəssümü” dünyanı ağlar qoyacaq

Beynəlxalq Maliyyə İnstitutunun baş ekonomisti Robin Bruks bildirib ki, dolların sürətlə yüksəlişi dünya ölkələrinin hamısını risk qarşısında qoyacaq.

Bu il dollar sürətlə yüksəlir, bu amerikalı turistlər üçün yaxşı xəbər olsa da , dünyanın digər dövlətlərini narahat etməlidir.

Lent.az CNN-ə istinadən xəbər verir ki, Robin Bruks 2022-ci ildə dolların digər aparıcı valyutalara nisətən 10 faiz bahalaşdığını bildirib.

Bu hala dünya iqtisadiyyatında “dolların təbəssümü” adı verilib və təəssüf ki, dolların təbəssümü çoxlarını ağlar qoyur.

Dünya ticarətinin yarısı dollarla həyata keçirilir. Borcunu dollarla ödəməli olan hökumətlərin işi çətinləşəcək. Dolların artımı artıq zəif iqtisadiyyatı olan ölkələrə zərbələr vurub. Buna misal olaraq Şri-Lanka prezidentinin istefasını qeyd edib. Pakistan və Misir isə BVF-yə dəstək üçün müraciət edib.

Ekspertin fikrinə görə, “Dolların təbəssümü” finans yükünü artıracaq, kapital axınına səbəb olacaq və iqtisadi artıma təzyiq göstərəcək.

“Dünya iqtisadiyyatının taleyi Çin və ABŞ iqtisadiyyatından çox asılı olacaq. Bu iki ölkədə iqtisadiyyat “ kar olsa” inkişaf etmiş bazarlar ağrılı investisiya axını ilə üzləşəcəklər, investorlar qaçacaq, daha faydalı bazarlar axtaracaqlar. ABŞ-ın resessiya edib etməyəcəyi çox vacibdir”,- deyə ekspert vurğulayıb.

# 2205
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar