Kürdəmir sakinləri "Azəriqaz"dan  İŞ İSTƏDİ
23 fevral 2023 16:31 (UTC +04:00)

Kürdəmir sakinləri "Azəriqaz"dan İŞ İSTƏDİ

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

Birlikdən Lent.az-a verilən məlumata görə, aksiyaya ümumilikdə 7 nəfər qatılıb ki, onların da müraciətləri eyniyönümlü olub.

Arzum Sultanov, Dilbər Əhmədova, Xəyalə Azayevanın timsalında digər 4 sakinin müraciəti SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı olub.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1765

Oxşar yazılar