Tovuz sakinlərinin DİQQƏTİNƏ:  Sualları cavablandırılacaq
13 fevral 2023 17:18 (UTC +04:00)

Tovuz sakinlərinin DİQQƏTİNƏ: Sualları cavablandırılacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qurumdan Lent.az-a verilən məlumata görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq.

Aksiya Qovlar şəhəri, Gənclər Evində baş tutacaq. “Səyyar qəbul otağı” fevral ayının 15-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034

Oxşar yazılar