Yardımlı sakinlərindən "Azəriqaz"a  MÜRACİƏT
13 mart 2023 17:31 (UTC +04:00)

Yardımlı sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” Yardımlı rayonunda təşkil olunub.

Lent.az xəbər verir ki, bu dəfəki aksiyada ümumilikdə 14 müraciət ünvanlanıb, bunların da 12-si 5 kəndin qazlaşdırılmasını əhatə edib.

Qazlaşdırılması istənilən kəndlər Dəryavar, Arnava, Avur, Osnakəran və Nisəqala kəndləridir. Aksiyada ünvanlanan digər 2 müraciət isə abonentlərin payına düşüb. Urakəran kənd sakini Təbriz Cahangirov fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Görüşdə səslənən hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2351

Oxşar yazılar