Abşeronda gənc qız iranlıya görə tutuldu:  "Çoxlu pul təklif etmişdi" - VİDEO
03 iyun 2025 15:38 (UTC +04:00)

Abşeronda gənc qız iranlıya görə tutuldu: "Çoxlu pul təklif etmişdi" - VİDEO

Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Arzu Bayramova saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, onun üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb. 

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlayıb.

Narkotik maddə ilə tutulan qadın polisə ifadəsində, “Mənə yüksək məbləğdə pul təklif etmişdi, məhv oldum” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar