Ağcabədidə ƏMƏLİYYAT:  27 nəfər tutuldu - FOTO
09 iyun 2023 10:18 (UTC +04:00)

Ağcabədidə ƏMƏLİYYAT: 27 nəfər tutuldu - FOTO

Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasıyası ilə məşğul olduğu müəyyən edilib. Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluqla yetişdirdiyi 44 ədəd çətənə bitkisi və 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, S.Əliyev şübhəli şəxs qismində saxlanılıb. Hazırda Ağcabədi rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bundan əlavə, polis əməkdaşlarının may ayı ərzində keçiridkləri əməliyyatlarla rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 27 nəfər saxlanılıb. Həmin şəxslər barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb. Bu əməliyyatlar zamanı ümumilikdə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir.

Səxavət Əliyev

# 2289
avatar

Oxşar yazılar