Azərbaycanda külli miqdarda vergi borcları olan şəxsin ölkədən çıxışına qadağa qoyulub.
Lent.az xəbər verir ki, 80 yaşlı Rahilə Quliyevanın Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 5394,14 manat vergi borcu yaranıb. Müəyyən müddət keçsə də, borclar ödənilməyib.
Dövlət Vergi Xidmətinin ərazi üzrə vergi idarəsi borcların ödənilməsi ilə bağlı Rahilə Quliyevaya dəfələrlə bildirişlər göndərib. Lakin yenə də ödənişlər həyata keçilməyib. Son olaraq idarə onun barəsində məhkəmədə iddia qaldırıb.
İddiada borclar tam ödənilənədək 80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.
Məhkəmə iddianı təmin edib. Qərara əsasən, R.Quliyevanın ölkədən çıxışına qadağa qoyulub.