Tovuzda  hamilə qadını   qardaşı bıçaqladı -  YENİLƏNİB
13 noyabr 2026 18:27 (UTC +04:00)

Tovuzda hamilə qadını qardaşı bıçaqladı - YENİLƏNİB

0

Noyabrın 13-də saat 17:10-da 22 yaşlı qadın qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilən şəxs hazırda əməliyyat edilir.

***

17:11

Tovuzda hamiləni bıçaqlayan tutulub.

Lent.az APA-ya istinadla xəbər verir ki, polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ə. Məmmədzadə saxlanılıb.

***

Tovuzda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hamilə qadın bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar