Ağdaşda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə aprelin 3-də rayonun Birinci Aral kəndində baş verib. 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 56 yaşlı Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib. Daha sonra o, hadisə yerindən qaçıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.