Rusiyanın Yekaterinburq şəhərində üç yaşlı qızını və doqquz yaşlı oğlunu öldürən 49 yaşlı ana intihar məktubu qoyub.
Lent.az yerli mediaya istinadla bildirir ki, qeyddə sadəcə olaraq əmanətlərin harada saxlandığı göstərilib. Burada bank kartları üçün kodlar da qeyd olunub.
İlkin məlumata görə, avqustun 10-na keçən gecə qadın həkim qızının ürəyinə bıçaqla xəsarət yetirib və oğlunun boğazını kəsib. Bundan sonra özü də intihar edib.
Qadının anası iddia edir ki, qızı əvvəllər belə fikirlər səsləndirməyib və uşaqlar üçün təhlükə yaratmayıb.
Faktla bağlı cinayət işi açılıb, hallar aydınlaşdırılır.