Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Tovuz şəhərin Elməddin Nəsibov küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "Hyundai" markalı minik avtomobili toqquşub.
Toqquşma zamanı avtomobillərin biri idarəetmədən çıxaraq yol kənarındakı ağaca, daha sonra isə evə çırpılıb.
Qəza zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu