Axtarışda olan 45 nəfər tutulub - KRİMİNAL XRONİKA
10 avqust 2022 11:13 (UTC +04:00)

Axtarışda olan 45 nəfər tutulub - KRİMİNAL XRONİKA

Avqustun 9-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

# 2163
avatar

Sevinc Fərid

Oxşar yazılar