Ayrılmaq istəyən sevgilisini küçədə öldürdü  - Hər ikisi evli idi
28 noyabr 2023 16:57 (UTC +04:00)

Ayrılmaq istəyən sevgilisini küçədə öldürdü - Hər ikisi evli idi

Türkiyədə qadın sevgilisini öldürüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Ankara şəhərinin Mamak qəsəbəsində baş verib. İki uşaq anası olan evli 28 yaşlı Neşe Beydoğan qonşusu, evli və 3 uşaq atası olan 42 yaşlı Hasan Doğanı küçədə tapança ilə vuraraq öldürüb.

Məlumata görə, onlar sevgili olublar. Münasibətləri üzə çıxdığı üçün Neşe Beydoğan və ailəsi ərazidən köçüblər. Daha sonra Hasan Doğan münasibətlərini bitirmək və qadından ayrılmaq istəyib. Neşe Beydoğan da sevgilisini ondan ayrılmaq istədiyi üçün küçədə güllələyərək öldürüb.

Qadın saxlanılıb və faktla bağlı araşdırma aparılır.

# 2547
avatar

Oxşar yazılar