Azərbaycanda bədbəxt hadisə: kişi "Kamaz"ın altında qaldı
09 noyabr 2021 14:32 (UTC +04:00)

Azərbaycanda bədbəxt hadisə: kişi "Kamaz"ın altında qaldı

Abşeronda mübahisə bədbəxt hadisə ilə nəticələnib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyev münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələyib.

Nəticədə o, Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölüb. Bu barədə Abşeron rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılıb.   

Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 9441
avatar

Mehman Nəbiyev

Oxşar yazılar