Azərbaycanda TOYDA DAVA:  müğənni qonağı döydü
12 iyun 2025 10:01 (UTC +04:00)

Azərbaycanda TOYDA DAVA: müğənni qonağı döydü

Ağdaşda toyda dava olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.

Toyda qonaq olan 64 yaşlı N. Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü deyib.

Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3296

Oxşar yazılar