Azərbaycanlı gənc 2 nəfəri öldürüb,  3 nəfəri yaraladı
06 mart 2024 15:02 (UTC +04:00)

Azərbaycanlı gənc 2 nəfəri öldürüb, 3 nəfəri yaraladı

Almaniyanın Maqdeburq şəhərində azərbaycanlı ailədə qətl hadisəsi olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, ailə münaqişəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Məlumata əsasən, münaqişə tərəfləri Azərbaycan əsillidirlər. Ancaq sosial şəbəkədə yayılan məlumata görə, öldürülən qadın və uşaq ukraynalıdır. Bu barədə Saksoniya-Anhalt polisi məlumat yayıb. Hadisənin təfərrüatları hazırda Maqdeburq polis bölməsinin qətl qrupu tərəfindən araşdırılır.

Ölənlərin 42 yaşlı qadın və doqquz yaşlı oğlan olduğu bildirilir. Digər ailə üzvləri də yaralanıb. Xəsarət alanlar 13 və 15 yaşlı iki qız, həmçinin 17 yaşlı oğlandır. Polisin dediyinə görə, ölənlər və yaralılar qohumlardır.

İlkin araşdırmalara görə, 18 yaşlı gənc bazar günü səhər tezdən Oldenburger Strasse-də naməlum cinayət aləti ilə beş nəfərə hücum edib. Şübhəli polis əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında yaxalanıb. Polisin mətbuat katibinin sözlərinə görə, yaralılar üçün həyati təhlükə olmayıb. Mübahisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Mərhumların necə öldüyü də hələ də bəlli deyil.

Alman mətbuat agentliyinin məlumatına görə, şübhəli azərbaycanlıdır. Bu barədə “Bild” və “Volksstimme” də məlumat yayıb.

Yaralılar dərhal klinikaya aparılıb. Araşdırma aparılır.

# 5814
avatar

Mehman Nəbiyev

Oxşar yazılar