Bacısını və yeznəsini  küçədə ÖLDÜRDÜ: öz arvadına   görə
06 iyun 2026 11:31 (UTC +04:00)

Bacısını və yeznəsini küçədə ÖLDÜRDÜ: öz arvadına görə

0

Türkiyədə kişi yeznəsini və bacısını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın Bəyazid məhəlləsində baş verib.

Niyazi K. marketdən çıxan 40 yaşlı yeznəsi Hidayət Dəmirqıran və eyni yaşda olan bacısı Yağmur Dəmirqıranı güllələyib. Hadisə yerinə gələn həkimlər ər-arvadın öldüyünü müəyyən ediblər.

Hadisədən sonra qaçan Niyazi polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində arvadı ilə yeznəsi arasında münasibət olmasından şübhələndiyini dilə gətirib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar