Bakı metrosunda "cibgir" saxlanıldı
26 noyabr 2022 14:41 (UTC +04:00)

Bakı metrosunda "cibgir" saxlanıldı

Bakı metrosunda oğurluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə 3 sərnişinin mobil telefonlarının metro stansiyalarında qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

# 2859
avatar

Oxşar yazılar