Bakıda DƏHŞƏT:  53 yaşlı kişi öldürüldü - Tanışı tutuldu  -YENİLƏNİB
23 fevral 2026 13:16 (UTC +04:00)

Bakıda DƏHŞƏT: 53 yaşlı kişi öldürüldü - Tanışı tutuldu -YENİLƏNİB

0

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

10:45

Bakıda qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. 

44 yaşlı İqor İmranoviç Lisenko münaqişə zəminində həmyerlisi, 53 yaşlı İlqar Məmmədağa oğlu Məmmədovu bıçaqlayaraq öldürüb.

İ.Lisenko saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1098

Oxşar yazılar