Bakıda keçmiş məhkumu öldürmək istəyən tutuldu
08 iyun 2023 12:54 (UTC +04:00)

Bakıda keçmiş məhkumu öldürmək istəyən tutuldu

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 7-də saat 17 radələrində Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla bu əməlin 29 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.İbayevin törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci maddəsi (Adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.İbayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

# 2070
avatar

Oxşar yazılar