Bakıda məsciddə yatan adamı  vəhşicəsinə öldürən DANIŞDI - VİDEO
16 yanvar 2026 16:30 (UTC +04:00)

Bakıda məsciddə yatan adamı vəhşicəsinə öldürən DANIŞDI - VİDEO

0

Bakının Bülbülə qəsəbəsində məsciddə qətl törətməkdə ittiham olunan 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə ilk məhkəmə baxışı keçirilib. 
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Elvin Məmmədov ittiham üzrə özünü özünü təqsirli bilməyib.
 
O bildirib ki, ittiham aktında içkili olması barədə yazılanları qəbul etmir. Ümumiyyətlə içki içən deyil:

"Bundan başqa, ittiham aktında qeyd edilib ki, mən cinayəti törədəndə mərhum yatmış vəziyyətdə olub, amma bu da doğru deyil. Hadisədən bir müddət əvvəl təxminən 10 nəfər tərəfindən döyülmüşəm, onların arasında Nadir Səfərov da olub. Məni qeyrətsiz adlandırıblar. Bu da mənə təəcüblə gəlib, çünki yaşadığım kənddə heç kimin ailəsinə, qızına-gəlininə sataşmamışam. Dəfələrlə davam edən bu hallar məndə qıcıq yaratdı və iyulun 26-da Nadiri tapmaq məqsədi ilə məscidə getdim. Bıçağı ordakı otaqlardan birindən görürdüm. Namaz otağında Nadiri yatmış vəziyyətdə gördüm və oyadaraq, ayağa qalxmasını tələb etdim. Başımda problem olduğundan, özümdə deyildim. Bundan sonra əlbəyaxa olduq. Mənə qarşı etdikləri hərəkətlərinə görə Nadirə bıçaqla çoxsaylı zərbələr endirdim. Düşündüm ki, təxminən 10 dəfə zərbə endirmişəm. Amma istintaqda mənə dedilər 30-dan çox xəsarət yetirmişəm".
 
Sonra şahidlər ifadə veriblər. Məsciddə işləyən şəxs mətbəx kimi istifadə olunan otağın bəzən açıq, bəzən isə bağlı olduğunu bildirib. Bütün şahidlər hadisədən sonra, cinayətin törədilməsindən xəbər tutduqlarını deyiblər. Vəkilin "Elvin Məmmmədovun həmin kənddə hörməti olub-olmaması" ilə bağlı sualına, şahid "Elvinin Nadirə görə hörməti olduğunu" cavab verib. Prosesdə səsləndirilən nalayiq ifadələrə görə hakim şahidlərə və təqsirləndirilən şəxsə xəbərdarlıq edib.
 
Məhkəmə prosesi fevralın 12-nə təyin edilib.
 
Qeyd edək ki, ötən il iyulun 26-ı səhər saat 5 radələrində Bülbülə qəsəbəsində, İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Elvin Məmmədov namaz otağında, yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq, onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Suraxanı rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəlləri ilə yekun ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar