Bakıda nümunəvi məhkum  adam öldürdü: "Telefon üstündə oldu"
01 iyun 2026 16:02 (UTC +04:00)

Bakıda nümunəvi məhkum adam öldürdü: "Telefon üstündə oldu"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə baş tutan məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid qismində dindirilən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməkdaşı  A.S bildirib ki, təqsirləndirilən şəxs nümunəvi məhkum olub:

"Həmin gün zəng edib müəssisəyə gələ bilməyəcəyini dedi. Dedi ki, gəlmək üçün cibində yolpulu yoxdur".

Təqsirləndirilən Rauf Sadıqov bildirib ki, məntəqədə olmadığı dövrdə xırda alverlə məşğul olub.

Şahid C.E.  isə hadisənin birbaşa şahidi olduğunu deyib:

"Raufla Ramin arasındakı mübahisə telefona görə oldu. Onlar əvvəl mübahisə etdilər. Rauf ondan mobil telefonunu geri qaytarmasını istədi. Ramin isə telefonun onda olmadığını dedi. Bundan sonra mübahisə daha da gərginləşdi. Bu zaman Rauf qəflətən bıçaqla ona zərbə endirdi".

Növbəti proses 27 iyun saat 12:30-a təyin olunub.

Xatırladaq ki, qətl hadisəsi ötən il dekabrın 26-da Xətai rayonu NZS qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, Rauf Sadıqov Cinayət Məcəlləsinin 120.1(Qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar