Balakəndə kafedə İNSİDENT: sərxoş kişi pivə bakalı ilə...
29 may 2023 10:08 (UTC +04:00)

Balakəndə kafedə İNSİDENT: sərxoş kişi pivə bakalı ilə...

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn Balakən şəhər sakini, 31 yaşlı Məhəmməd Məmmədov orada mübahisə yaradıb. O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin sifət nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və onun  xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2520
avatar

Mehman Nəbiyev

Oxşar yazılar