Bütün kişiləri döyüb apardılar  - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI  - YENİLƏNİB
28 iyun 2025 13:41 (UTC +04:00)

Bütün kişiləri döyüb apardılar - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - YENİLƏNİB

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılmasına səbəb olan 24 il əvvəlki qətllə bağlı bir sıra təfərrüatlar məlum ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi kafedə baş verib. Ağdam rayonundan olan Yunus Paşayev 24 il əvvəl kafenin mətbəxində bıçaqla doğranılıb. Yaralı xəstəxanaya aparılsa da, orada ölüb. Ölərkən də Səfərovların adlarını çəkib.

Qeyd olunur ki, Yunus Paşayev Səfərovlar ailəsinin uzaq qohumudur. Onun ölümündən sonra qohumlar arasında nifaq yaransa da, sonrada barışıblar. Lakin 24 il sonra Paşayevin qohumları yenidən bu işi qaldırıblar. Nəticədə iyunun 27-də məlum əməliyyat baş tutub.

***
11:51

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara doldurub polis idarəsinə aparıblar.

Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itiriblər.

Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermis cinayəti törətdiklərini etiraf etmək tələb olunub. 

Saxlanılanlardan üç nəfər - Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Saxlanılanların Səfərov Bakir Mehdi oğlu (Azərbayçan vətəndaşı), Səfərov Asif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədimalı oğlu,  Səfərov Məhəmməd Məzahir oğlu, və Səfərov Vuqar Məzahir oğlu olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656

Oxşar yazılar