Tanınmış təhsil eksperti Nadir İsrafilov vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, 73 yaşlı ekspert müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Nadir İsrafilov 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunda doğulub. Müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.