DİQQƏT:  Döymə ustalarının uydurduğu 5 yalan
28 iyun 2025 14:56 (UTC +04:00)

DİQQƏT: Döymə ustalarının uydurduğu 5 yalan

Döymə sənəti son illərdə böyük populyarlıq qazansa da, onun ətrafında hələ də bir çox yanlış təsəvvürlər dolaşır. Bir çox insan döymənin zərərsiz olduğunu və tamamilə silinə bildiyini düşünür. Lakin bu mövzu düşündüyümüz qədər sadə deyil. Dermatoloqlar və tibb mütəxəssisləri xəbərdarlıq edir ki, döymə sadəcə bədənə şəkil çəkmək deyil, bu, orqanizmə müdaxilədir.

Lent.az xarici mediaya istinadən döymə ustalarının uydurduğu 5 mifi təqdim edir. 

Mif 1: Döymə kosmetikadır, dəriyə ciddi təsir göstərmir

Əslində isə döymə prosedurası dərinin dərin qatlarına – derməyə qədər gedən invaziv müdaxilədir. İynə dərini deşərək piqmenti yeridəndə dermatitlər, infeksiyalar və qıcıqlanma baş verə bilər. Əgər gigiyena qaydalarına riayət olunmazsa, qeyri-steril alətlər və yanlış qulluq nəticəsində bakterial infeksiyalara, hepatit B və C-yə, HİV-ə yoluxmaq mümkündür. 

Bundan əlavə, tərkibində metal və kimyəvi maddələr olan piqmentlər limfa düyünlərində yığıla, günəş işığı və MRT təsirindən dəyişə və xroniki qıcıqlanmaya səbəb ola bilər.

Mif 2: Hipoallergen boyalar tam təhlükəsizdir.

Hətta "hipoallergen" olaraq təqdim olunan təbii boyalar da allergik reaksiya yarada bilər. Ən çox qırmızı, sarı və mavi rənglərdə allergiya riski var. Simptomlara aiddir, dəri qaşınması, qızartı və şişkinlik, ekzema və ya ürtikerə bənzər səpgilər, qabıqlanma və xroniki iltihab.

Mif 3: Döymənin istənilən dəriyə etmək olar.

Əgər dəri xroniki xəstəliklərlə (məsələn, psoriaz, ekzema) zəifləmişsə, qızartı və səpgilərlə müşahidə olunursa, çox quru və ya yaralıdırsa, döymənin vurulması dəriyə ciddi zərər verə və yeni səpgilər (Kebner fenomeni) yarada bilər.

Mif 4: Əgər dərhal allergiya olmadısa, deməli heç olmayacaq.

Təəssüf ki, bu da yanlışdır. Bəzi reaksiyalar həftələr və ya aylar sonra da baş verə bilər. Xüsusilə atopik dermatit, ekzema və psoriazı olan insanlarda gecikmiş allergik reaksiyalar riski daha yüksəkdir. Bununla yanaşı, stress, hamiləlik, hormonal dəyişikliklər və hətta günəş şüası və ya dərmanlar da daha öncə heç bir problem yaratmayan piqmentlərə qarşı reaksiya başlada bilər.

Tövsiyələr:

Boyaya qarşı dəri testi etdirmək, döyməni yalnız sertifikatlı və gigiyenik qaydalara əməl edən ustalarda etdirmək, prosedurdan sonra dərini mütəmadi müşahidə etmək vacibdir.

Mif 5: Lazer döymə silməni izsiz və təhlükəsiz edir.

Reallıqda lazer silmə də risklidir. Bəzi boyalar rəngini dəyişə və ya dəridə yanıq yarada bilər, dərinin bərpa prosesi iz və çapıq buraxa bilər. Eyni zamanda bilmək lazımdır ki, tam silinmə həmişə mümkün olmur, xüsusilə də parlaq rəngli piqmentlərdə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar