Cadugərlik edən  qadını yandırıb öldürdülər
08 oktyabr 2024 15:00 (UTC +04:00)

Cadugərlik edən qadını yandırıb öldürdülər

Hindistanda qonşular qadını yandırıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə oktyabrın 3-də Telanqana ştatının Katarai kəndində baş verib. 45 yaşlı D. Muttava kənd sakinlərinin hücumuna məruz qalıb. Onu cadu və qara sehrdən istifadə etməkdə günahlandırıblar, sonra isə çubuqlarla döyməyə başlayıblar.

Bununla da kifayətlənməyən qonşulardan biri ona kerosin vuraraq yandırıb. Muttava ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisədən sonra qadının 50 yaşlı əri polisə gedərək qonşuların cinayət əməlləri barədə məlumat verib. Araşdırmalar nəticəsində 5 nəfər həbs edilib. Tezliklə onlar ittiham olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Oxşar yazılar